"Moskva və Bakı sülhməramlı kontingentimizlə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar. Onun qalma müddəti 2025-ci ildə başa çatır".
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları öz funksiyalarını səmərəli yerinə yetirib:
"Bir tərəfdən “Azərbaycanın bu bölgəsini qoruyublar, digər tərəfdən orada yaşayan ermənilərin təhlükəsizliyini təmin ediblər".
Bizim.Media