MSK növbədənkənar prezident seçkilərinə YEKUN VURDU

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Bildirilib ki, seçkilərə start verildikdən sonra qeydə alınmış 7 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ediblər. Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub. MSK bir neçə məntəqədə prezident seçkilərinin nəticələrini etibarsız sayıb, məntəqə seçki komissiyaları buraxılıb.
Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib.

MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar.

Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2024-cü il fevralında 7-də keçirilmiş prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulub. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan idmanına ağır itki – FOTO

Azərbaycan idmanına ağır itki – FOTO

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Bu rayona qatarla getmək mümkün olacaq – VİDEO

Bu rayona qatarla getmək mümkün olacaq – VİDEO

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Qaraçı qızı canlandıracaq

Qaraçı qızı canlandıracaq

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

End of content

No more pages to load

RADİO