Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat verib.
O bildirib ki, danışıq zamanı Makronla döyüş meydanındakı vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını, yaxın mənzilli pilotsuz uçuş aparatlarını, artilleriya sistemləri və mərmiləri, hava hücumundan müdafiə sistemlərinin xüsusiyyətlərini müzakirə ediblər.
Bundan əlavə, onlar G7 Vilnüs Bəyannaməsi çərçivəsində təhlükəsizlik təminatlarına dair ikitərəfli sənədin hazırlanması da müzakirə mövzusu olub.
Bizim.Media