Bakıda COP29 çərçivəsində dini liderlərin sammiti keçiriləcək

Fevralın 8-9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının (MAŞ) üzvü, şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində Şuranın növbəti iclasında iştirak edib.

QMİ-dən Bizim.Media-ya bildirilib ki, iclasın açılış sessiyasında gündəliyə daxil edilmiş məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MAŞ sədri, Əl-Əzhər Əş-Şərifin Baş imamı Şeyx Əhməd Ət-Tayyib tədbir iştirakçılarını Şuranın təsis olunmasının 10 illik yubileyi münasibətilə təbrik edib.

Vurğulanıb ki, təsis olunduğu tarixdən Müsəlman Ağsaqqallar Şurası İslam dünyasının və bütün bəşəriyyətin üzləşdiyi əsas problem və çağırışlar qarşısında fəal mövqe tutub, İslam birliyi, dinlərarası dialoq, insan qardaşlığı, eləcə də qlobal ətraf mühitin qorunmasında və digər aktual məsələlərdə mühüm rol oynamaqda davam edib.

Tədbir iştirakçıları ötən il Əbu-Dabi şəhərində keçirilən COP28-də ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adıçəkilən konfrans çərçivəsində Vatikanla birgə dini liderlərin Sammitini keçirən MAŞ-ın uğurunu xüsusilə qeyd ediblər. Bildirilib ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonunun və dini liderlər sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına həvalə edilib. Bu məsələdə şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rol özəlliklə vurğulanıb.

Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib.
Bundan sonra Livan Milli Müsəlman-Xristian Dialoq Mərkəzinin baş katibi Dr.Səmmak Azərbaycanda son dövr ərzində mühüm hadisələrin baş verdiyini, o cümlədən ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən müharibədən dərhal sonra qalib tərəf olduğu halda qarşı tərəfə sülh üçün əl uzatdığını, növbədənkənar prezident seçkilərinin uğurla keçirildiyini qeyd edib.

Müzakirə edilən vacib məsələlərdən biri də İslamdaxili məzhəblərarası dialoq olub.

İclasda şeyxülislam Allahşükür Paşazadənin tövsiyəsi ilə Şuraya üzv seçilən Özbəkistan müsəlmanları idarəsinin sədri, müfti Nurəddin Xoliknazarov təqdim olunub.

Sonda MAŞ sədri Şeyx Əhməd Ət-Tayyib QMİ sədrinə Şuranın 10 illiyi münasibətilə xatirə medalı təqdim edib.

Fevralın 9-da Müsəlman Ağsaqqalları Şurasının üzvləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tolerantlıq və Birgəyaşayış naziri Nəhyan bin Mubarək Al Nəhyan ilə görüşüblər.

Görüş zamanı şeyxülislam BƏƏ-li nazirə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri barədə məlumat verib, Azərbaycanın ali rəhbərliyinin salam-dualarını çatdırıb.

Nazir də öz növbəsində Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına öz təbriklərini, salam-dualarını ifadə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan idmanına ağır itki – FOTO

Azərbaycan idmanına ağır itki – FOTO

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Bu rayona qatarla getmək mümkün olacaq – VİDEO

Bu rayona qatarla getmək mümkün olacaq – VİDEO

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Qaraçı qızı canlandıracaq

Qaraçı qızı canlandıracaq

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

End of content

No more pages to load

RADİO