Xəbər verdiyimiz kimi, ötən ilin oktyabrında türkiyəli müğənni və aktrisa Öykü Gürman həyat yoldaşı Fatih İçmeli ilə Bakıda nikaha daxil olub.
Bizim.Media xəbər verir ki, sənətçi nikahının şəhərimizdə olmasının səbəbini açıqlayıb.
“Mahnı almağa, konsert verməyə getdim. Konsulluğa getmişkən evləndik. Bakını sevirəm. Məndə vətənə olan sevgi çoxdur. Bir millət, iki dövlətik. Atam tərəfi də Azərbaycandandır. Bizim üçün gözəl toy etdilər. Xalq mahnıları və yeməkləri əfsanəvi idi”, - deyə Öykü vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media