Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.
“Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram.
Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm” – məlumatda qeyd olunub.
Bizim.Media