Dünya liderlərindən İlham Əliyevə təbrik zəngləri və məktublar gəlir - YENİLƏNİR

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Kuba Prezidenti bununla bağlı “X” hesabında paylaşım edib.

“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram. Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”, - deyə Bermudes qeyd edib.

***

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan zamanla ayaqlaşan, iqtisadi və sosial həyatda sürətli artım nümayiş etdirən ölkədir. Bu isə, öz növbəsində, əsas etibarilə uzun illər ərzində xalq tərəfindən geniş şəkildə dəstəklənən və rəğbətlə qarşılanan uzaqgörən dövlət siyasətinizin nəticəsidir. Bunu keçirilmiş prezident seçkilərinin nəticələri də sübut edir.

Biz Sizin Türkmənistana səmimi dostluq münasibətinizi yüksək qiymətləndiririk. Qəti əminəm ki, Türkmənistan-Azərbaycan əməkdaşlığı iki ölkə xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə bütün məqsədlərə nail olmağı, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzu edirəm".

***

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu məsul vəzifənin həyata keçirilməsində Sizə uğurlar arzulayıram. İnanıram ki, Siz dövlətinizin ümumi inkişafı və vətəndaşlarınızın firavanlığı naminə fədakarlıqla işləməyə davam edəcəksiniz.

Son 30 il ərzində Xorvatiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməkdədir. Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə biz ümumi münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bizim iqtisadi əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır və bunun daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

İnanıram ki, Azərbaycan və Xorvatiya şirkətləri arasında sıx əməkdaşlığı daha da təşviq etmək, eləcə də qarşılıqlı sərmayələrə marağı artırmaq üçün səylərimizi əsirgəməyəcəyik.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*** 

Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini vurğulayıblar.

***

Fevralın 8-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, Bayram Beqay dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Albaniya ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Bu 2 rayona qatarla getmək mümkün olacaq – VİDEO

Bu 2 rayona qatarla getmək mümkün olacaq – VİDEO

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Qaraçı qızı canlandıracaq

Qaraçı qızı canlandıracaq

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO