Cənubi Qafqaz, mahiyyətcə Avropa Birliyinin (AB) regionudur.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə "Hökumət saatı"nda deyib.
“Regionumuzda çox mühüm dəyişikliklər baş verib, daha doğrusu Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizəd statusu alıb.
Bizim iki qonşumuz bu statusa malikdir (o cümlədən Türkiyə). Əgər biz əvvəllər deyirdik ki, “AB haradadır, bizim regionumuz haradadır?”, indi AB əslində və mahiyyət etibarilə bizim regionumuzdur. Biz bunu nəzərə almalıyıq”, - deyə o, qeyd edib.
Bizim.Media