Əməkdar artist Ədalət Şükürov prezident seçkilərində iştirak edib.
Bizim.Media xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində olan sənətçi orada fəaliyyət göstərən Azərbaycan Respublikasının baş konsulluğunda səs verib.
Şükürov qeydiyyatdan keçərkən və səsvermə zamanı lentə alınan fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Əliyev, Bizim.Media