Müstəqillik Bəyannaməsindəki boşluq Paşinyanın niyə indi yadına düşdü? – Maraqlı DETALLAR 

Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Radiosuna müsahibəsində deyib ki, Müstəqillik Bəyannaməsinə əsasən, Ermənistan və Qarabağ birləşdirilməlidir:

“Əgər Ermənistanın dövlət siyasəti bu bəyannaməyə əsaslansa, biz gərək müharibə edək. Belə isə heç vaxt sülh olmayacaq. Odur ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Azərbaycanın tələblərinə BOYUN ƏYİR – “Ermənistan konstitusiyası dəyişilməlidir”


Erməni baş nazirin fikirlərində müəyyən həqiqət və məntiq olsa da, bu fikirlərin arxasında sağlam olmayan məqsədlər dayanır. Bu cür bəyanatlarla Paşinyan sadəcə sülh danışıqlarını uzatmaq istəyir. Guya ki, Ermənistanın siyasi hakimiyyəti sülh sazişini imzalamağa hazırdır, amma ölkənin mövcuq Müstəqillik Bəyannaməsi buna imkan vermir. Ona görə də bu sənədə zəruri dəyişiklik etmək üçün ölkədə referendum keçirilməlidir.

Bəs, bu referendum nə zaman keçiriləcək?

Bax, əsas məsələ budur… Çünki referendum barədə Ermənistanda hər hansı bir söhbət getmir. Bu da o deməkdir ki, referendum Ermənistanda qeyri-müəyyən vaxtda keçirilə bilər. Bu hadisə bu il də ola bilər, 2025-ci ildə də... 

Yəni, bu o deməkdir ki, Ermənistanın siyasi hakimiyyəti sülh sazişinin imzalanmasını qeyri-müəyyən vaxta qədər uzada bilər. Hələ o da məlum deyil ki, referendumda xalq yeni düzəlişlərə “hə”, yoxsa “yox” deyəcək. Bu da başqa bir məsələdir.

Ermənistanın Müstəqillik Bəyannaməsində Qarabağ Ermənistanın ərazisi və ona bitişik bölgə kimi təsbit olunub. 

Təkcə bu sənəd Ermənistanın təcavüzkar ölkə olduğunu sübut edir. Baxmayaraq ki, bu vaxtadək Azərbaycan və Türkiyədən başqa heç bir ölkə bunu Ermənistana irad tutmayıb. Hər dəfə bir bəhanə ilə Azərbaycanın üzərinə gələn Qərb nəyə görəsə, Ermənistanın Müstəqillik Bəyannaməsindəki bu fakta diqqət etmir. 

Amma demək olar ki, hər gün Qərbdən Azərbaycanın Ermənistana hücum edəcəyi barədə fikirlər eşidirik. Bu sərsəm fikirləri səsləndirənlər dönüb Ermənistanın Müstəqillik Bəyannaməsinə baxmır. Bu sənədə görə Azərbaycanın faktiki 20 faiz ərazisinə Ermənistan dövlət səviyyəsində iddia edir. 

Bu, təcavüz deyil, bəs nədir?

Ermənistan təcəvüzkar dövlət olub və olmaqda davam edir. Çünki Azərbaycanın hələ də 8 anklavı Ermənistanın işğalı altındadır. Di gəl ki, bu məsələyə Qərbin siyasətbazları diqqət eləmir, bunu yada belə salmır. Bundan istifadə edən Ermənistan höküməti də işğalın ömrünü uzadır. Çünki, bu işğala görə onu heç kim qınamır.

Paşinyan iş görmək əvəzinə ancaq bəyanat verir…

Sülh sazişinin yubadılması üçün bu Paşinyanın səsləndirdiyi ilk fikir deyil. Erməni baş nazir demək olar ki, hər gün bir söz danışır. Məsələn, ötən həftə Paşinyan demişdi ki, sülh sazişindən öncə bir-birinə hücum etməmək haqqında saziş imzalanmalıdır. Amma bu fikri deyəndə kimsə Paşinyana başa salmadı ki, sülh sazişi elə hücum etməmək haqqında imzalanmış bir sənəddir. 

Ümumiyyətlə, sülh sazişi uzun müddəa və şoxsaylı bəndləri olan bir sənəd deyil, ümumi fikirləri və gələcəkdə görüləcək işlərin konturlarını göstərəcək bir səhifəlik kağız parçasıdır. Bu sənədin qısa məzmunu isə bir cümlədir:

“Biz müharibədən əl çəkirik və gələcəkdə hər hansı bir məsələni hərbi yox, sülh yolu ilə həll etməyə söz veririk”. Vəssəlam. Amma nə yazıq ki, Paşinyan bir səhifəyə sığa biləcək sülh sazişini imzalamaqdan hər vasitə ilə boyun qaçırır. 

Bu gün əslində Ermənistanla Azərbaycan arasında sülh mövcuddur. Bu sülh müvəqqətidir, amma reallıqdır. Heç bir tərəf atəşkəsi pozmur, hərbi əməliyyatlar keçirilmir. Ən əsası ortadakı problemlərin həlli üçün danışıqlar gedir. Sonuncu dəfə yanvarın 31-də hər iki ölkənin baş nazirlərinin müavinləri bir araya gəldi. Qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdi. 

Deməli, biz davamlı sülhün astanasındayıq. 

Qalır Ermənistanın siyasi hakimiyyətinin qətiyyəti ki, danışıqlar masasına əyləşsin və sülh sazişini imzalasın. Bundan sonra da qarşılıqlı müzakirələrlə mövcud olan digər problemlər həll edilə bilər. Yəni sərhədlərin delimitasiyası və demarkasiyası da, kommunikasiyaların açılması və hətta ölkə qanunvericiliyinə düzəlişlər də bundan sonra baş verir. 

Çünki sülh sazişində tərəflər müəyyən öhdəliklər götürür. Saziş imzalanandan sonrakı illərdə həmin ölkələr öhdəliklərin icrası ilə məşğul olur.
Hələlik isə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Saziş imzalanmadığı üçün də hansısa tərəfin qanunvericiliyindəki boşluq elə bir əhəmiyyət kəsb etmir. Çünki, tərəflər arasında hələlik qarşılıqlı öhdəlik yoxdur. Ona görə də erməni baş nazirin son fikirləri sülh sazişi prosesinə hazırlıq məqsədi ilə deyil. Bu sadəcə prosesləri uzatmaq məqsədi daşıyır. Vəssəlam!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

End of content

No more pages to load

RADİO