“Klon” serialında qulluqçu Zoraide obrazını canlandıran aktrisa Jandira Martini 80 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ilk olaraq “Splash” jurnalı məlumat yayıb.
Məlumatı məşhur serialın ssenari müəllifi Qloriya Peres də təsdiqləyib:
“O, bizi tərk etdi, mənim əbədi Zoraidem. Sizinlə işləmək mənim üçün bir imtiyaz idi”.
Aktrisanın ölüm səbəbi dəqiq məlum deyil. Lakin “O Globo” qəzeti daha əvvəl Martininin ağciyər xərçəngindən əziyyət çəkdiyini yazmışdı.
Bizim.Media