“Xanımların əksəriyyəti arı vurmuş kimi görünür”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Aktrisa xanımların üzündə etdirdiyi estetik müdaxilələrə qarşı çıxıb:
“Hanı bizim o özgüvənimiz, o nurani yaşlanan xanımlarımız? Xanım baxımlı olmalıdır, özünə baxmalıdır, o, ayrı məsələ. Amma əndazədən çıxmayaq. Nə etsək də təbiət öz işini görməkdədir”.
Rəşad Əliyev, Bizim.Media