Türkiyənin məşhur aktyor cütlüyü Burak Özçivit və Fahriye Evcen kiçik oğulları Keremin ad gününü qeyd edib.
Bizim.Media xəbər verir ki, aşiqlər dəbdəbəli malikanələrində övladlarına kiçik ailə məclisi qurublar.
Doğum günü tədbirindən çəkilən şəkilləri isə Fahriye sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
İzləyicilər cütlüyün oğlu Keremi xoş sözlər yazaraq, təbrik ediblər.
Qeyd edək ki, Burak və Fahriyenin Karan adlı daha bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media