XİN 20 Yanvar faciəsi ilə bağlı BƏYANAT yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.

Bizim.Media bəyanatı təqdim edir:

“Bu gün, keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür.
Keçmiş SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi iddialarına, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından deportasiyasına, Azərbaycanın Qarabağ bölgəsində aparılan separatçılıq fəaliyyətinə dəstək vermək məqsədilə etnik zəmində törədilən ixtişaşlara göz yumması Azərbaycanda sovet hakimiyyətinə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi.

Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Qətliamdan dərhal sonra 21 yanvar 1990-cı il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində xalqımıza qarşı törədilmiş bu qanlı cinayəti ifşa edərək Sovet hökuməti tərəfindən yaradılmış informasiya blokadasını qırmağa, dünya ictimaiyyətini baş verən hadisələr barədə həqiqətləri çatdırmağa müvəffəq oldu.

Ümumiyyətlə, 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 34 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə gəlməsindən sonra, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.

Xalqımıza qarşı törədilən dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzün, ötən ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları suverenliyimizin tam bərpası ilə nəticələndi.
Milli azadlıq hərəkatının zirvəsinə çevrilməklə əks nəticə verən 20 Yanvar faciəsinin 34-cü ildönümü bu il ilk dəfə oğul və qızlarımızın uğrunda canlarından keçdiyi suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edir.

Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin daim qəlbimizdə yaşayan xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Bakıda 35 milyonluq park salınır

Bakıda 35 milyonluq park salınır

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Şəhid övladı VƏFAT ETDİ

Şəhid övladı VƏFAT ETDİ

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Tiktoker "Murad Sadə" həbs edildi

Tiktoker "Murad Sadə" həbs edildi

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

End of content

No more pages to load

RADİO