Dünya yeni təhlükə ilə ÜZ-ÜZƏ: COVID-19-dan da dəhşətli virus GƏLİR

Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Davosda keçirilən forumdakı çıxışında, dünyada yayılmaq təhlükəsi olan “X” xəstləyi ilə bağlı qorxunc açıqlama verib.

Bu terminin çoxdan mövcud olduğunu deyən ÜST rəhbəri, bu və ya digər şəkildə baş verəcək yeni bir xəstəliyin alovlanmasına hazır olmaqla bağlı xəbərdarlıq edib.

"X” xəstəliyi termininə çox diqqət yetirilidiyini deyən T.A.Qebreyesus bunun yeni olmadığını və bu terminin ilk dəfə 2018-ci ildə istifadə edildiyini diqqətə çatdırıb.

Onun sözlərinə ortaya çıxa biləcək naməlum xəstəliklər var və maraqlı olan onların nə zaman yayılacağıdır.

COVID-19 pandemiyasından 20 dəfə ölümcüldür

Qeyd edək ki, hələ Davos forumundan bir neçə gün əvvəl ÜST dünyaya ilk xəbərdarlıq mesajını verdi. Təşkilatın proqnozlarına görə, naməlum "X” xəstəliyi COVID-19 pandemiyasından təhlükəlidir və 20 dəfə çox ölümə səbəb ola bilər.

Hələ 2018-ci ildə ÜST “X” xəstəliyini prioritet xəstəliklər siyahısına daxil etsə də, bu xəbər yalnız son aylarda ciddi müzakirələrə səbəb olub. Alimlər isə hələ bir neçə il əvvəl bəşəriyyəti gözləyən naməlum təhlükəyə "X” xəstəliyi adını veriblər.

ÜST rəsmiləri iddia edir ki, yeni viruslar və patogenlər üzərində araşdırmalar yeni pandemiyanın yaranmasına tez və effektiv cavab vermək üçün zəruridir. Alimlər hesab edirlər ki, “X xəstəliyi”nin hipotetik yayılması tibb dünyasını təəccübləndirən digər ölümcül yoluxucu xəstəliklərin yaranması ilə müqayisə oluna bilər. Xəstəliyin adındakı X hərfi onun gözlənilməz olduğuna işarə edir.

Bəs, bu xəstəlik nədir?

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə Bizim.Media-ya açıqlamasında, hazırda belə bir xəstəliyin mövcud olmadığını söyləyib:

“Amma yayılma ehtimalı var. Buna görə də adını “X” xəstəliyi qoyublar, yəni hələ nə vaxt yayılacağı, simptomları, yəni bakterial bir infeksiya və ya hansısa virus tərəfindən törədiləcəyi belə bəlli deyil. Əgər növbəti epidemiya dalğası başlayarsa, deməli müəyyən viruslar tərəfindən törədiləcək”.

Bununla belə, sözügedən xəstəliyin yaxın gələcəkdə yayıla biləcəyini vurğulayan həkim qeyd edib ki, ÜST bu xəbərdarlıqla, ölkələri hazırlıqlı olmağa çağırır:

“Əgər yeni pandemiya başlayarsa, dünya buna hazırıqlı olsun. Bəlli olduğu kimi, COVID-19 pandemiyası yayılanda, ABŞ, Böyük Brtitaniya kimi böyük ölkələr belə hazır deyildi və buna görə böyük çətinliklər yaşandı. Dərmanlar və bəzi vitaminlərlə bağlı isə əsl qıtlıq yaşandı”.

“Hazırda da, yeni xəstəliyin müzakirəsi gedir. Çünki, dünyada ağır viruslar var. Əgər onlar yayılarsa və pandemiyaya çevrilərsə, ölüm göstəriciləri COVID-19-dan 20 dəfə yüksək olacaq. Artıq bəzi ölkələr yeni pandemiyaya hazır olmaq üçün işlərə başlayıblar”.

Son məlumata görə, “X” xəstəliyinin ilk simptomları artıq Amerika və Afrikanın bir neçə ölkəsində yayılıb.

Bəs, belə olan halda nə etmək lazımdır?

Hazırda bütün ölkələr arasında kommunikasiyaların və gediş-gəlişin açıq olduğunu söyləyən həkim vurğulayıb ki, əgər Afrikadabu xəstəlik varsa, deməli, artıq Avropaya da yayılacaq:

“Onun ardınca da bütünü dünyada və bizim regionda da ortaya çıxa bilər. Buna görə də indidən tədbirlər görmək lazımdır”.

Bəs bu xəstəlik ölkəmizdə də yayılarsa, koronavirus pandemiyası dövründə qazandığımız təcrübə bir işə yarayacaqmı?

Həkim, 2010-2021-ci illərdə əldə etdiyimiz təcrübənin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb:

“Həm ölkə üzrə, həm də səhiyyə sistemi çərçivəsində böyük işlər görüldü. Operativlik təmin olundu, modul tipli xəstəxanalar istifadəyə verildi və digər mühüm işlər görüldü. Əgər yeni bir pandemiya baş qaldırarsa, bu təcrübədən lazım olan səviyyədə istifadə edə biləcəyik və elə də böyük çətinlik yaşamayacağıq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq

Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq

Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Həcc ziyarəti üçün YERLƏR DOLDU

Həcc ziyarəti üçün YERLƏR DOLDU

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Tehranda ZƏLZƏLƏ OLDU

Tehranda ZƏLZƏLƏ OLDU

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Tramp İrana təşəkkür etdi – FOTO

Tramp İrana təşəkkür etdi – FOTO

Neft kəskin UCUZLAŞDI

Neft kəskin UCUZLAŞDI

Boşanıb türbə ziyarətinə getdi

Boşanıb türbə ziyarətinə getdi

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

End of content

No more pages to load

RADİO