Dubayın 68 yaşlı sakini Munir Kərim təkbaşına qeyri-adi səyahət edib. O, öz avtomobili ilə dünyanın 44 ölkəsində olub.
Bizim.Media xəbər verir ki, onun macəralarının baş qəhrəmanı – “Suzuki Jimny” avtomobili 195 min kilometr yol qət edib.
Maraqlıdır ki, bu göstəricinin 60 min kilometri Birləşmiş Ərəb Əmirlikləri hüdudlarından kənarın payına düşür. Kərimin yığcam yol-yoldaşı qeyri-adi avtomobildir: orada çarpayı, ayaq yolu və rahat səyahət üçün bütün şərait mövcuddur.
“Avtomobilin ölçüsünün kiçikliyi mənə hər bir yerdə istirahət etmək imkanı verir. Səyahət ərzində mən avtomobilimdə 31-dən çox gecə keçirmişəm”, - deyə Kərim vurğulayır.
Bizim.Media