Millət vəkilindən erməni deputata CAVAB: “Bu yaramazlardan...”

“İstəsək də, istəməsək də sülh şəraitində yaşamalıyıq. Amma sülh sazişi illər çəkə bilər, çünki bu sənəd Azərbaycan üçün sərfəli deyil. O, Bakıya nə verəcək? Heç nə verməyəcək”.

Bu sözləri Ermənistanın hakim partiyadan olan deputatı Ovik Ağazaryan deyib.

Millət Vəkili Elman Məmmədov Bizim.Media-ya açıqlamasında erməni deputata cavab verib.

O qeyd edib ki, ermənilərin rəsmi şəxslərinin, belə “başbilənlər”inin cəfəngiyyat dolu fikirləri çoxdur: 

“Cənab Prezidentimiz dəfələrlə bunu qeyd edir ki, sülh sazişinin imzalanması hamıdan çox Ermənistana lazımdır. Ermənistan bölgədə dövlət kimi mövcud olub, normal yaşamaq, inkişaf etmək istəyirsə, qonşularıyla, xüsusilə, Azərbaycanla normal qonşuluq şəraitində olmalıdır. 

Sülh sazişi imzalanmayandan sonra heç bir əlaqədən söhbət gedə bilməz. Bu gün Azərbaycan istədiyinə tam nail olub. Ərazilərimizin bütövlüyü və suverenliyi tam təmin edilib. Dövlət başçısının da dediyi kimi, Azərbaycan əsgəri öz yerində dayanıb, bu gündən sonra hara lazımdırsa, orada da dayanacaq. İndi görək, sülh sazişi kimə çox lazımdır?”

Deputat vurğulayıb ki, erməni rəsmilərin sülh sazişi ilə bağlı absurd fikirləri onların ağıllanmadığından xəbər verir: 

“Çünki onlar müstəqil deyillər. Müstəqil siyasət yürütmürlər. Bizdə bu mövzuda gözəl fikir var. Deyir, “iki tərəfə baxan göz çəp olur”. Ermənistan bir neçə tərəfə baxmaqla məşğuldur. Gah Qərbə baxır, gah Şimala, gah da Cənuba. Öz mənafelərinə hara uyğundursa, ora da baxırlar. Ermənistan stabil, dayanıqlı daxili və xarici siyasət yürüdən dövlət deyil. 

Sülh sazişi olsa da, olmasa da biz öz işimizi görmüşük. İstədiyimizə nail olmuşuq. Bunların rəsmiləri bir çox beynəlxalq dairələrdə çıxış edirlər ki, sülh sazişinə hazırdırlar. Özlərini sülh tərəfdarı kimi qələmə verirlər. Ancaq bir tərəfdən də silah-sursat yığmaqla məşğuldular. Hindistan, Fransa, Kanada və s. kimi ölkələrdən silah alırlar.  
Yeni il qabağı Lavrov Ermənistanı ifşa edən bir fikir səsləndirdi. Erməni hərbçilərin NATO ölkələrində təlimlər keçməsindən xəbərdar olduqlarını dilə gətirdi. Yəni Ermənistan sülh pərdəsi altında ordusunu yenidən silahlandırmağa, hərbçilərini yenidən döyüşə hazırlamağa davam edir. Belə olan halda, bu yaramazlardan sülhlə bağlı heç bir etibarlı fikir, hərəkət gözləmək olmur. 

Ermənistanın keşişi belə deyir ki, “mən revanşistəm, sonuncu erməni qalana qədər döyüşəcəyik”. Keşişi belə olan ölkənin sıravi vətəndaşından, rəsmisindən normal fikir gözləməyimiz mənasızdır. Ona görə də atalar deyir ki, “itlə dostluq et, amma çomağını əlindən yerə qoyma”. Ehtiyatımızı heç vaxt əldən verməməliyik. Çünki tarix boyu onların xəyanətinə şahid olmuşuq”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağstafada evdə YANĞIN – VİDEO

Ağstafada evdə YANĞIN – VİDEO

Bu çay yarım saata insanı YATIZDIRIR

Bu çay yarım saata insanı YATIZDIRIR

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

Diplomatlar Şuşada - VİDEO

Diplomatlar Şuşada - VİDEO

Aygün Kazımova səhhətinə görə konsertini təxirə saldı - FOTO

Aygün Kazımova səhhətinə görə konsertini təxirə saldı - FOTO

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

TikTok"da tələbələr üçün yeni funksiya

TikTok"da tələbələr üçün yeni funksiya

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

End of content

No more pages to load

RADİO