“Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyinat olub.
Bizim.Media xəbər verir ki, bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev sosial şəbəkədə məlumat verib.
Bu vəzifəyə Azərbaycan Televiziyasının tanınmış aparıcısı Dilarə Səlim gətirilib.
Xatırladaq ki, D. Səlimə qədər bu vəzifəni tanınmış rejissor Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) icra edirdi. O, dekabrın 1-i vəzifəsindən ayrılıb.
Bizim.Media