"Seçkiqabağı oynanılan partiya" – Paşinyan-Putin görüşünün PƏRDƏARXASI

Aprelin 7-də Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşərək gündəmdə olan əsas məsələləri müzakirə edib.

Sözsüz ki, danışıqların əsas məqamlarından biri Qarabağdakı vəziyyət olub. Mütəxəssislərin fikrincə isə Paşinyanın səfərinin əsas şərtlərindən biri  özünün seçki öncəsi hədəflərini güdməsidir.

Ancaq Paşinyan nə qədər “dəridən-qabıqdan” çıxsa da çətin ki, Moskva üçün onu sərfəli namizəd adlandırmaq olar...
 

MÖVZU İLƏ BAĞLI:

Putin Paşinyanı oğulluğa götürüb? - 7 aprel görüşündə GİZLİ EYHAMLAR...


Bundan əlavə Paşinyan Rusiya prezidenti ilə digər məsələlərdən Rusiya-Ermənistan birləşmiş qüvvələr qrupunun fəaliyyətindəki bəzi nüanslar barədə danışmaq istədiyini də bildirib. 

O, həmçinin Moskva və İrəvanın Qarabağ problemi haqqında olan fikirlərini müzakirə etmək istədiyini qeyd edib.

Erməni baş nazir burada da öz həyasız platformasını davam etdirərək, Moskvada Rusiya liderinin qarşısında da güclü performans nümayiş etdirib. O, ötən ilin dekabr ayında Hadrut yaxınlığında təxribat törədib Azərbaycan əsgərlərinə hücüm edən və bu zaman tutulan erməniləri yenə hərbi əsir adı altında Putinə sırımaq istəyib.

Bundan başqa terror qrupunun geri Ermənistana qaytarılmadığını da “Böyük ata”ya şikayət edib.

Rus ekspertlərinin fikrincə, bu danışıqlardan çox şey gözləməyin özü bir axmaqlıqdır. Bununla yanaşı, görüş bir çox cəhətdən Ermənistanda erkən seçkilərin elan olunması ilə nəticələnən kəskin daxili siyasi böhrana da bağlıdır. Bu fonda Paşinyan üçün Ermənistan əhalisi tərəfindən ən çox müsbət qarşılanan ölkəyə getmək son dərəcə vacibdir. Belə ki, son sorğulara görə, ermənilərin böyük əksəriyyətinin Rusiyaya etimadı var. Ona görə də Paşinyanın seçimi Rusiya olub.

Həm də heç kəsə gizli deyil ki, Rusiyanın Ermənistandakı seçkilərdə öz marağı var. Rəsmi Kreml keçirilən prezident seçkisini izləyir və nəticələri öz xeyrinə çevirmək üçün çarpışır.

Paşinyan Rusiyaya nə səbəbə yollandı?

Burada bir neçə maraqlı məqamlar var. Əvvəla 7 apreldə Putin Paşinyanı Kremlə dəvət etməzdən əvvəl, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı Rusiyaya çağırıb. Görünür, Kremlin sahibi  bununla kimlərəsə mesaj, xüsusi ismarıc yollamaq istəyib.

Putinin Robert Köçəryanla kifayət qədər münasibətləri olduğu hamıya məlumdur və Paşinyan kimi hakimiyyətə gələn liderlərin Moskvada çox rəğbət oyatması ehtimalı da yoxdur. Bununla belə, Rusiya həmişə şəxsi maraqlarını qorumağı bacarır və Ermənistanın əli ilə Cənubi Qafqazda yürütdüyü siyasətini də yaddan çıxarmır. 

Paşinyanın içində olduğu oyunun isə şahı da bəllidir, vəziri də, hətta ortada olan “marionet kukla”nın da kimliyi məlumdur. Baş nazirin ortada olub, meydan sulaması üçün ona mütləq şəkildə Rusiyanın dəstəyi lazımdır.

Seçkiyə gəldikdə onun qalibinin Nikol olması bəllidir. Lakin Paşinyana Rusiyanın xeyir-duası vacibdir.

Çünki erməni xalqı Rusiya ilə son 2 ildə əlaqələrin pozulmasına bais Paşinyanı görür. Ermənistanın digər liderlərindən, xüsusən Robert Köçəryan və Serj Sarkisyandan fərqli olaraq baş nazirin Rusiya prezidenti ilə münasibətlərdə bu qədər yüksək güvənə sahib olmamasıdır.

Səfərin başqa bir məqamını da nəzərə çatdırmaq mütləqdir. Belə ki, Paşinyanın istefa günü hələ rəsmi olaraq təyin edilməyib, yalnız təxmini tarixlər göstərilib. Çox güman ki, Ermənistan baş nazirinin Moskvaya səfəri bu məqamları da müəyyənləşdirməyə kömək etməlidir.

Qeyd edək ki, Rusiyanın da Ermənistanda oynanılan oyunlardan çəkinəcək məqamları var.

Rəsmi Moskva 9 Noyabrdakı razılaşmaların Ermənistan tərəfindən ləğv olunacağından qorxur.
Lakin erməni siyasi analitiklərinin fikrincə, hakimiyyət bu istiqamətdə heç nə edə bilməz. Çünki ölkənin bu məsələdə qaçacaq yerinin olmadığını dönə-dönə təkrarlayırlar.

Gedən proseslərdən də anlamaq olar ki, nəticədə Paşinyanın Rusiyaya səfərinin iki səbəbi var.

Birincisi, Rusiyanın ona qarşı mövqeyinin dəyişib-dəyişmədiyini öyrənmək, ikincisi isə ermənilərdən seçkiqabağı əlavə xal qazanmaq üçün Rusiya ilə münasibətləri pozduğuna və hər zaman günahlandırıldığına görə səhvini düzəltməkdir. 

O, Putinlə bunu bərpa etməyə çalışır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

İlham Əliyev Qırğızıstana getdi

İlham Əliyev Qırğızıstana getdi

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Tanınmış tiktoker həbs edildi

Tanınmış tiktoker həbs edildi

Çin İrana HHM kompleksləri göndəribmi? – RƏSMİ CAVAB – VİDEO

Çin İrana HHM kompleksləri göndəribmi? – RƏSMİ CAVAB – VİDEO

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Emin Quliyevə yüksək VƏZİFƏ VERİLDİ

Emin Quliyevə yüksək VƏZİFƏ VERİLDİ

Lənkəranda 11 otaqlı yaşayış evi yandı – FOTO

Lənkəranda 11 otaqlı yaşayış evi yandı – FOTO

İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

20 yaşlı gənc yanaraq öldü

20 yaşlı gənc yanaraq öldü

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

Paşinyan Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına 2 ildən sonra CAVAB VERDİ

Paşinyan Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına 2 ildən sonra CAVAB VERDİ

Abşeron və Qaradağda ƏMƏLİYYAT: Saxlanılanlar var –VİDEO

Abşeron və Qaradağda ƏMƏLİYYAT: Saxlanılanlar var –VİDEO

End of content

No more pages to load

RADİO