İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər 32 nəfər həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İran KİV-i yayıb.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Partlayışları terrorçu-kamikadzelər törədib.
Bizim.Media