Burkina-Fasoda ingilis və fransız dilləri işgüzar dillər kimi müəyyən edilib.
Bizim.Media AIB agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin Keçid Qanunverici Assambleyası konstitusiya dəyişikliyini qəbul edib.
Nəticədə fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirib, ingilis dili isə Burkina-Faso administrasiyasında işgüzar statusu qazanıb.
Qeyd edək ki, Burkina-Fasoda əhalinin təxminən 90 %-nin danışdığı 60-dan çox milli dil var.
Bizim.Media