“Kəpəz” belaruslu qapıçısı Vladislav Vasilyuçeklə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Adil Şükürov məlumat verib.
O bildirib ki, qolkiper mövsümün ikinci yarısı üçün olan planlarında yer almır.
Qeyd edək ki, Vladislav Vasilyuçek ötən yay “transfer pəncərəsi” zamanı Gəncə klubunun heyətinə cəlb edilmişdi. Amma daha sonra portuqaliyalı İqor Rodriges transfer edilincə, Vasilyuçek ehtiyata göndərildi.
Rəşad Rafiqoğlu, Bizim.Media