"Qiymət artımının ən böyük baiskarı Gömrük Komitəsidir” - İqtisadçıdan ŞOK İTTİHAM

“Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir. Bir çox iş adamlarıdan aldığım məlumata görə yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib və özündən yeni sxem icad edib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Birgə yaradılan investisiya fondu Azərbaycana nə vəd edir? – Natiq Cəfərli açıqlayır


Ekspert Gömrük Komitəsinin süni qiymət artımının mexanizmini belə izah edib:

“Kimsə Almaniyadan mal alıb gətirir. Rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük deyir ki, mən bu qaiməyə inanmıram, həm də mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam.

Vətəndaş izah etməyə çalışır ki, mal bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam. Gömrük isə cavab verir ki, bunun mənə dəxli yoxdur. Uzaqbaşı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm. Vətəndaş məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir.  

Bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı. İndi bütün xərclər, o cümlədən Gömrüyün yeni qaimə qiyməti malın üzərinə gələndə mayası 16 manat olur.

Vətəndaş məcbur olub malını topdan 18 manata satır, o zamanda malın pərakəndə qiyməti artıq 20 manata qalxır. Növbəti ay vətəndaş  yenə sifarış edib mal gətirir. Çünki işi budur. Bu dəfə Gömrük Komitəsi qaiməyə baxmadan malın bazar qiymətinin artıq 18 deyil, 20 manat olduğunu deyir. Beləliklə, razılaşma əsasında 19 manatdan rəsmiləşdirir”. 

Ekspert qeyd edib ki, beləcə Gömrük Komitəsi spiralvari qiymət artımına təkan verir:

“Sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə çıxıb deyir ki, biz daha çox pul yığmışıq. Sanki ayaqqabı istehsal edib pul qazanırlar. Halbuki yığdıqları hər manatın son ödəyicisi  vətəndaşlardır”.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xamenei ilə vida mərasimində təhlükəsizlik necə təmin edilir? – FOTO

Xamenei ilə vida mərasimində təhlükəsizlik necə təmin edilir? – FOTO

“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO

“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO

Fransa millisinin müdafiəçisi “Beşiktaş”da

Fransa millisinin müdafiəçisi “Beşiktaş”da

Sahibə Qafarova Pezeşkiana başsağlığı verdi – VİDEO

Sahibə Qafarova Pezeşkiana başsağlığı verdi – VİDEO

Bakıda "Changan" AŞDI: XƏSARƏT ALANLAR VAR – FOTO/VİDEO

Bakıda "Changan" AŞDI: XƏSARƏT ALANLAR VAR – FOTO/VİDEO

Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir

Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir

Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat BAŞLAYIR

Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat BAŞLAYIR

Bakıda 10 minlik elektrik naqili oğurlandı – TUTULAN VAR

Bakıda 10 minlik elektrik naqili oğurlandı – TUTULAN VAR

Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO

Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO

Müflis olan milyonçu kuryerliyə başladı

Müflis olan milyonçu kuryerliyə başladı

"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir? – FOTOFAKT

"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir? – FOTOFAKT

Özəl klinikalarda YOXLAMA: 14 tibb müəssisəsi CƏRİMƏLƏNDİ

Özəl klinikalarda YOXLAMA: 14 tibb müəssisəsi CƏRİMƏLƏNDİ

UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi Bakıya azarkeşsiz gələcək

UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi Bakıya azarkeşsiz gələcək

“Maşa və Ayı” Britaniyada qadağan edilə bilər – Deputatlardan SƏRT TƏLƏB

“Maşa və Ayı” Britaniyada qadağan edilə bilər – Deputatlardan SƏRT TƏLƏB

“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar

“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar

Azərbaycan Ordusunun hərbçisi VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbçisi VƏFAT ETDİ

Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

“Xamenei ilə vidanın 4 iyulda keçirilməsi təsadüfi deyil”

“Xamenei ilə vidanın 4 iyulda keçirilməsi təsadüfi deyil”

“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı

“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı

Fransada anomal istilər səbəbindən ölənlərin sayı 2000 nəfəri ÖTDÜ

Fransada anomal istilər səbəbindən ölənlərin sayı 2000 nəfəri ÖTDÜ

Nümayəndə heyətimiz Xameneinin vida mərasimi üçün Tehranda səfərdədir - VİDEO

Nümayəndə heyətimiz Xameneinin vida mərasimi üçün Tehranda səfərdədir - VİDEO

“Kəpəz”ə yeni sədr SEÇİLDİ

“Kəpəz”ə yeni sədr SEÇİLDİ

Amalın bacısı -“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - FOTO

Amalın bacısı -“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - FOTO

Nizami rayonunda YANĞIN – VİDEO

Nizami rayonunda YANĞIN – VİDEO

End of content

No more pages to load

RADİO