Valyuta mübadiləsi fəaliyyəti ilə bağlı YENİ QƏRAR: Kapital tələb olunacaq 

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nı və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”i təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. 

Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 dekabr 2017-ci il tarixli “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya (lisenziya əlavəsinin) alınması üçün ərizənin forması”nın təsdiq edilməsi barədə və “Girov vəsaitinin geri alınmasına dair rəyin forması”nın təsdiq edilməsi barədə qərarları ləğv edib. 

Yeni qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib.

Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır. 

Bu Tələblərdə nəzərdə tutulan nizamnamə (şərikli) kapitalına dair tələblər eynilə qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinə şamil ediləcək. 

Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda minimum nizamnamə (şərikli) kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir. 

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər bu tələblər qüvvəyə mindiyi tarixdən 6 ay ərzində minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görməli və bununla əlaqədar müvafiq sənədləri həmin müddətdə AMB-yə təqdim etməlidirlər. 
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmişlidə doğuş zamanı qadının ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

İmişlidə doğuş zamanı qadının ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

Gədəbəydə GÜCLÜ YANĞIN – Hərbçilər də əməliyyata cəlb olundu – VİDEO

Gədəbəydə GÜCLÜ YANĞIN – Hərbçilər də əməliyyata cəlb olundu – VİDEO

Balakəndə 43 yaşlı kişi faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ - FOTO

Balakəndə 43 yaşlı kişi faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ - FOTO

Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı KƏSKİN ARTDI – SİYAHI

Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı KƏSKİN ARTDI – SİYAHI

Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı – FOTO

Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı – FOTO

Arda Gülərə fantastik TƏKLİF: 350 milyon avro, 2 otel, 7 VİLLA...

Arda Gülərə fantastik TƏKLİF: 350 milyon avro, 2 otel, 7 VİLLA...

Rusiya Ukrayna PUA-larını zərərsizləşdirmək üçün bu üsula əl atdı – VİDEO

Rusiya Ukrayna PUA-larını zərərsizləşdirmək üçün bu üsula əl atdı – VİDEO

İşləməkdən ən tez bezən BEŞ BÜRC

İşləməkdən ən tez bezən BEŞ BÜRC

ABŞ və Rusiyanın müharibə RİTORİKASI – Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

ABŞ və Rusiyanın müharibə RİTORİKASI – Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

Lavrov Rusiyanın müttəfiqlərinin adlarını AÇIQLADI

Lavrov Rusiyanın müttəfiqlərinin adlarını AÇIQLADI

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

Laricani: “NATO-nun təhdidlərinə cavab verməyə ehtiyac yoxdur” – VİDEO

Laricani: “NATO-nun təhdidlərinə cavab verməyə ehtiyac yoxdur” – VİDEO

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib - FOTO

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib - FOTO

Sarkozi həbsdən azad edilə BİLƏR

Sarkozi həbsdən azad edilə BİLƏR

Yeni Bakı-Sumqayıt avtobusunda gedişhaqqının MƏBLƏĞİ AÇIQLANDI

Yeni Bakı-Sumqayıt avtobusunda gedişhaqqının MƏBLƏĞİ AÇIQLANDI

Siyasi dələduz Cəmil Həsənli – Fazil Mustafa sensasion faktları AÇIQLADI

Siyasi dələduz Cəmil Həsənli – Fazil Mustafa sensasion faktları AÇIQLADI

Lavrov işdən çıxarılıb? – Kremldən AÇIQLAMA

Lavrov işdən çıxarılıb? – Kremldən AÇIQLAMA

İslamiada: Cüdo yığmamız komanda yarışında yarımfinala yüksəldi

İslamiada: Cüdo yığmamız komanda yarışında yarımfinala yüksəldi

Türkiyədə televiziya binasına basqın edən şəxs belə saxlanıldı – ANBAAN VİDEO

Türkiyədə televiziya binasına basqın edən şəxs belə saxlanıldı – ANBAAN VİDEO

Oğul küçədə atasını döyüb burnunu sındırdı – Xırdalanda AİLƏ DRAMI

Oğul küçədə atasını döyüb burnunu sındırdı – Xırdalanda AİLƏ DRAMI

Hacıqabulda 2 avtomobil toqquşdu – 2 ölü, 2 yaralı var

Hacıqabulda 2 avtomobil toqquşdu – 2 ölü, 2 yaralı var

Dünyanın ən hündür və ən alçaq iti bir arada - VİDEO

Dünyanın ən hündür və ən alçaq iti bir arada - VİDEO

Toy karvanında ağır qəza: 23 yaşlı oğlan öldü

Toy karvanında ağır qəza: 23 yaşlı oğlan öldü

Pulla alınan öhdəliklər - Valideynlə övlad nə vaxt məhkəməlik olur?

Pulla alınan öhdəliklər - Valideynlə övlad nə vaxt məhkəməlik olur?

End of content

No more pages to load

RADİO