Əli İnsanov İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir

Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda İdarə Heyətinin üzvləri, HƏP Bakı şəhəri rayonları və Abşeron rayonu təşkilatlarının sədrləri, Respublika Regional Mərkəzlərin rəhbərləri (5 nəfər onlayn), HƏP Ali Məclisinin sədr müavinləri, HƏP Ali Məclisinin 14 komissiya sədrləri, HƏP Mərkəzi İcra Aparatının müavinləri, HƏP Sədrinin müşavirləri, Ağsaqqallar Şurası, Qadınlar Şurası və Gənclər Təşkilatının rəhbərləri və partiyanın aparıcı üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə HƏP sədri Əli İnsanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınıb.
2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.

Əli İnsanov deyib ki, İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik:

“Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”.

İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Bu məhsulları soyuducuda saxlamaq olmaz

Bu məhsulları soyuducuda saxlamaq olmaz

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silahlar aşkarlandı

“Alya”nın ilk sevgisi o olacaq

“Alya”nın ilk sevgisi o olacaq

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Şənbə və bazar günləri hava necə olacaq?

Şənbə və bazar günləri hava necə olacaq?

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

End of content

No more pages to load

RADİO