“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi, bütün əvvəlkilər kimi, Avropa İttifaqına daha böyük ziyan vuracaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ sammitinin başa çatması ilə bağlı açıqlamasında bildirib.
Diplomat həmçinin qeyd edib ki, Avropa ölkələrinin əhalisi Aİ-nin qarşıdurma siyasətinin, Ukrayna və Moldova ilə bağlı fürsətçi qərarların nəticələrinin fəsadlarını ödəməli olacaq.
Bizim.Media