Fransanın “CMA CGM” gəmiçilik şirkəti Qırmızı dəniz vasitəsilə bütün konteyner daşımalarını dayandırdığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “Kan 11” məlumat yayıb.
Qeyd edilib ki, “CMA CGM” Fransanın ən böyük dəniz konteyner daşıyıcısıdır və dünyada 4-cü böyükdür.
Dekabrın 15-də eyni anda iki gəmiçilik şirkəti - Danimarkanın “A.P. Moller-Maersk” və Almaniyanın “Hapag-Lloyd” şirkətləri də Qırmızı dəniz vasitəsilə daşınmalarını dayandırıb.
Bizim.Media