Nazir İraq parlamentinin komitə sədri ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 5-də Bakıda səfərdə olan İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Nazir iki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Hazırkı səfərin ölkələrimizin parlamentləri arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan və İraq arasında münasibətlərin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yatardığını bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov italiyalı səfirlə görüşdü – Massarinin diplomatik fəaliyyəti başa çatır


İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri iki ölkə arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, beynəlxalq səviyyədə Azərbaycanın İraqa verdiyi dəstəyi, eləcə də Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla qeyd edib.

Münaqişələrin həlli ilə bağlı İraqın beynəlxalq hüququn prinsiplərini hər zaman rəhbər tutduğu vurğulanıb.

İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistan tərəfindən törədilən dağıntılar, qeyri-qanuni fəaliyyət, çoxsaylı müharibə cinayətləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri barədə qarşı tərəfi məlumatlandırıb.

Ermənistanın həm işğal dövründə, həm də bu əraziləri məcburən tərk etmə mərhələsində azad olunan torpaqları geniş şəkildə mina ilə zəhərlədiyi, hərbi əməliyyatların dayandırılmasına rəğmən minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycan tərəfinə təqdim etmədiyi və beləliklə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam etdiyi İraq parlamentarilərinin diqqətinə çatdırılıb.

Dünya dövlətlərinin bu məsələyə münasibətdə səssiz qalmamaları və Ermənistana ciddi təsir etmələrinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

İlham Əliyev Qırğızıstana getdi

İlham Əliyev Qırğızıstana getdi

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Tanınmış tiktoker həbs edildi

Tanınmış tiktoker həbs edildi

Çin İrana HHM kompleksləri göndəribmi? – RƏSMİ CAVAB – VİDEO

Çin İrana HHM kompleksləri göndəribmi? – RƏSMİ CAVAB – VİDEO

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Emin Quliyevə yüksək VƏZİFƏ VERİLDİ

Emin Quliyevə yüksək VƏZİFƏ VERİLDİ

Lənkəranda 11 otaqlı yaşayış evi yandı – FOTO

Lənkəranda 11 otaqlı yaşayış evi yandı – FOTO

İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

20 yaşlı gənc yanaraq öldü

20 yaşlı gənc yanaraq öldü

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

Paşinyan Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına 2 ildən sonra CAVAB VERDİ

Paşinyan Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına 2 ildən sonra CAVAB VERDİ

Abşeron və Qaradağda ƏMƏLİYYAT: Saxlanılanlar var –VİDEO

Abşeron və Qaradağda ƏMƏLİYYAT: Saxlanılanlar var –VİDEO

End of content

No more pages to load

RADİO