"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev üçün il başa çatıb.
Bizim.Media xəbər verir ki, müdafiəçi dizindəki zədəni sağaltmağa çalışır.
Onun 2023-cü ildə meydana çıxmayacağı, ən yaxşı halda, qış toplanışı zamanı kollektivə qoşulacağı gözlənilir. Əliyev məhz çempionatın ikinci yarısına tam hazır olacaq. Futbolçu bu ilin son oyunlarında meydana çıxmayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media