ABŞ-ın futbol çempionatı MLS-də mövsümün qalibi bəlli olub.
Bizim.Media xəbər verir ki, final matçında "Kolambus Kryu" "Los-Anceles"i qəbul edib. |
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Kolambus Kryu" tarixində üçüncü dəfə çempion tituluna yiyələnib.
Qeyd edək ki, ABŞ-da ən çox çempion olan "Los Anceles Qalaksi"dir. Klubun aktivində 5 çempionluq var.
Rəşad Rafiqoğlu, Bizim.Media