“Təəssüf ki, BMT Təhlükəsizlik Şurası bir daimi üzvə - ABŞ-a görə atəşkəs qətnaməsini rədd etdi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil. BMT-də mütləq şəkildə islahatlar aparılmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İnsan Hüquqları Gününə həsr olunmuş forumda çıxışı zamanı deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasından ümidini itirib:
“Missiyası qlobal sülhü bərqərar etmək olan BMT Təhlükəsizlik Şurası oktyabrın 7-dən bəri İsrailin himayədarına çevrilib. BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır".
Bizim.Media