"İraqda fəaliyyət göstərən İrana bağlı "Kətaib-i Hizbullah" və "Hərəkat əl-Nücəba" silahlı qruplaşmaları terror təşkilatlarıdır".
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığı zamanı qeyd edib.
Amerikalı nazir bildirib ki, İrana bağlı qüvvələr ABŞ hədəflərinə hücumlara görə məsuliyyət daşıyırlar:
“İraq hökuməti ölkədəki diplomatik heyəti və beynəlxalq anti-İŞİD koalisiya qüvvələrini qorumağa borcludur. ABŞ-ın isə bu hücumlar qarşısında özünü müdafiə etmək hüququ var”.
Bizim.Media