Mətanətin oğlu: “Uşaqlarıma anaları Canana ilə görüşməyə qadağa qoyacam” - VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canananın onun xanımının oğlu Tuncayı evə buraxmaması ilə bağlı iddialarına ilk dəfə cavab verib. 

Bizim.Media xəbər verir ki, “İncə səhər” verilişinə müsahibə verən Kərim Canananın yalan danışdığını və bu hadisədən özünə reklam qazandığını bildirib. 

“Yeni oğlum dünyaya gəlib, istəyirəm ki, onun digər 3 övladımla münasibətləri sıx və mehriban olsun. Dörd uşaq, həyat yoldaşım, ev, məktəb, təhsil problemi, çatdıra bilmirəm. Uşaqlarımın anası isə özünü reklamla məşğuldur. Utanmır, 14 yaşlı oğlunu çəkib videosunu yayır. Mənim yoxluğumdan istifadə edib, evdən çıxan kimi gəlib bu hərəkəti edib. Həyat yoldaşım zəng etdi ki, gəlib deyir, qapını açın. Hələ Tuncay məktəbdən gəlməmişdi. Əvvəl Mətanət İsgəndərlinin evində qalanda yarım və bir saat əvvəldən zəng vururdun ki, uşaqlar hazırlaşsın, gəlirəm. İndi nə oldu? Mən təzə evə köçmüşəm, sənin gözün götürmədi məni?” 

Kərim vurğulayıb ki, Canana bu olayı qəsdən edib ki, onun xanımının görüntülərini çəkib, sosial şəbəkədə yaysın: 

“Xalama dedim ki, qapını açma, özüm qalxıram. Xalam da deyib ki, Tuncay, ananı yola sal, gəl. Mənim xanımım onu görmək məcburiyyətində deyil. Hansı qadın buna dözər. O gözləyir ki, qapı açılsın, əlində kamera çəksin. Niyə mənim həyat yoldaşımı çəkib sosial şəbəkədə yaymalısan? Mən gələndə çıxıb getmişdi”. 

Mətanətin oğlu keçmiş xanımının söylədiyi kimi övladı Tuncayla əlbəyaxa dava etmədiyini, sadəcə bu hadisəyə görə onu tənbeh etdiyini bildirib: 

“Tuncaya əsəbiləşdim ki, yekə oğlansan, qapını təpiklə vurmaq nədir? Belə mədəniyyət görmüsən? Uşaq anasına əsəbiləşib ki, məni çəkmə. Yalandan deyir ki, Tuncayla əlbəyaxa olmuşuq”. 

Kərim bildirib ki, bir müddətlik uşaqlarına anası ilə görüşməyə qadağa qoyacaq: 

“Məcburam, uşaqlara qadağa qoyum ki, onunla görüşməsin. Nəslində heç kimlə münasibəti yoxdur. Qardaşına demişəm, amma münasibətləri yoxdur. Nəsillərinin ağsaqqalı var, dəfələrlə onlara demişəm. Necə ki, ailəsi dağılanda öz ağsaqallarına məhəl qoymadı, indi də elə. O, öz bildiyini edir. And içirəm ki, onu övlad düşündürmür”. 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

End of content

No more pages to load

RADİO