Qərbi Azərbaycan Xronikası: Xaricdən köçürülən ermənilər niyə Basarkeçərə yerləşdirilib? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə zaman-zaman erməni hiyləgərliyinin qurbanına çevrilən, əhalisinin milli tərkibi və kəndlərinin adı dəyişdirilən Basarkeçər rayonu haqqında süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan” adlı süjetdə iki əsrə yaxındır Azərbaycana qarşı torpaq iddiasından əl çəkməyən, türk dünyasını soyqırımı törətməkdə suçlamağa çalışan ermənilərin daim tarixi saxtalaşdırmaq metodunu seçib, silah və terror gücü ilə “dənizdən-dənizə” cəfəngiyatının baş tutması üçün ilk növbədə əhalinin tərkibini dəyişdirməyi həmişə ön plana çəkdiyi vurğulanır.

Bildirilir ki, Göyçə gölünün yaxınlığında yerləşən qədim yaşayış məskənində türk tayfaları eramızın 460-cı illərində məskunlaşıblar.

Rayonun ərazisi bizim eranın  əvvəllərindən XIX əsrin əvvəllərinə kimi Alban dövlətinin,  sonralar ərəblərin, səlcuqların, qaraqoyunluların, ağqoyunluların, səfəvilərin, əfşarların, qacarların,  XVIII əsrin ortalarından 1828-ci ilədək İrəvan xanlığının, 1828-ci ildən sonra çar Rusiyasının, 1918-1920-ci illərdə bir hissəsi Azərbaycan Demokratik Respublikasının, bir hissəsi isə daşnakların hakimiyyəti altında olub.

1930-1937-ci illərdə yeni inzibati-ərazi islahatı zamanı Yeni Bəyazid qəzası beş rayona  bölünüb.

Bu rayonlardan biri də azərbaycanlıların daha çox məskunlaşdığı Basarkeçər olub və Ermənistanın Çəmbərək, yəni indiki Krasnoselo, Aşağı Qaranlıq, yəni indiki Martuni, eləcə də Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd ərazidə yerləşib. 

Qeyd olunur ki, Göyçə mahalı ərazisində ən böyük rayon olan Basarkeçər 1930-cu il sentyabrın 9-da yaradılıb:

“1969-cu il iyunun 11-dək Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi  1151 kvadrat kilometr,  əhalisi isə 70 mindən çox olub. Tarix boyu azərbaycanlıların yaşadığı bu torpaqlara  ermənilər XIX əsrin birinci rübündə, yəni çar Rusiyasının Cənubi Qafqazı işğal edəndən sonra  gəlib. 1828-1830-cu illərdə Çar Rusiyası Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən 84 min erməni köçürüb. Bunun nəticəsində 1873-cü ildə Basarkeçərdə 3145 erməni peyda olub və tədricən azərbaycanlıların sıxışdırılmasına başlanılıb. Haylar 1918-1920-ci illərdə daim oğuz-türklərinə qarşı  vəhşiliklər törədib, Basarkeçər rayonu ərazisinə hücum edib dinc əhalini  amansızlıqla qətlə yetirib,  22 kəndii darmadağın edib, 8 kəndi yandırıblar.

Nəticədə çox sayda azərbaycanlı yurdlarını tərk etməyə məcbur olub.

Diqqətə çatdırılır ki, 1931-ci ildə çar hökumətinin siyasətindən 100 il sonra Basarkeçərdə 12 662 erməni, 17 306 azərbaycanlı olub. 1948-1953-cü illərdə Basarkeçərdən azərbaycanlılar xaricdən köçürülən erməniləri Ermənistanda yerləşdirmək bəhanəsi ilə  Azərbaycanın müxtəlif bölgələrinə köçürülüb.

Nəhayət “ağ genosid” siyasəti 1988-ci ilin oktyabrında da davam edib, Basarkeçərdən azərbaycanlılar zorla çıxarılıb və Azərbaycanın 31 bölgəsinə səpələnib. İndi burada təkcə ermənilər yaşayır. Rayonda mövcud olan kəndlərin hamısının adı bir neçə dəfə saxtalaşdırılıb.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə 50-dən çox tarixi yer adları dəyişdirilib. Deyilir ki, Basarkeçər adının Vardenisə çevrilməsi  növbəti erməni saxtakarlığıdır:

“Lakin artıq hayların sonu olmayan bu hiyləgər siyasəti fiaskoya uğramaqdadır. Təbii ki, türklərə məxsus adları dəyişdirməklə  ermənilər əzəli Azərbaycan torpağı olan Basdarkeçərdə əbədi məskən sala bilməyəcəklər. Çünki bu yurddan Miskin Abdalın və dədə Ələsgərin sazının səsi, xoş avazı gəlir.

Süjet Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il avqustun 17-də Kəlbəcər və Laçına səfəri zamanı dediyi sözlərlə yekunlaşır: 

“Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və Basaekeçər rayonu 1930-cu ildə Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların mütləq əksəriyyəti azıərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi. Deportasiyaya məruz qalmışlar.

Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir və bütün digər indiki Ermənistan ərazisində yerləşən qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə çağrılmalıdır”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

Ərəb və İslam ölkələri İsrailə qarşı birgə MÜBARİZƏ APARACAQ

Ərəb və İslam ölkələri İsrailə qarşı birgə MÜBARİZƏ APARACAQ

Hərbi təhsil müəssisələrində "Bilik günü" və andiçmə mərasimləri keçirildi - FOTO

Hərbi təhsil müəssisələrində "Bilik günü" və andiçmə mərasimləri keçirildi - FOTO

Dumbia Azərbaycan klubunun təklifini QƏBUL ETDİ

Dumbia Azərbaycan klubunun təklifini QƏBUL ETDİ

İnfarkta infeksiyalar da səbəb ola bilər - ARAŞDIRMA

İnfarkta infeksiyalar da səbəb ola bilər - ARAŞDIRMA

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

End of content

No more pages to load

RADİO