“Əgər İsrailin məqsədi HƏMAS-ı məhv etməkdirsə, o zaman müharibə 10 il davam edə bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi Sammitinin (COP28) yekunlarına dair mətbuat konfransında bildirib.
"Düşünürəm ki, vaxt gələcək ki, İsrail hakimiyyəti öz məqsədləri və nəyə nail olmaq istədikləri barədə daha konkret danışmalı olacaq. “HƏMAS-ın tamamilə məhv edilməsi” nədir və kimsə bunun ümumiyyətlə mümkün olduğunu düşünürmü? O zaman müharibə 10 il davam edəcək”, - deyə Makron qeyd edib.
Bizim.Media