Amerika istehsalı olan “Abrams” tanklarının idarəsi Ukraynadakı hərbi əməliyyatlarda çətinliklər yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
Mütəxəssislər əsas problemləri mühərrikin kir və toza qarşı həssaslığı ilə əlaqələndirirlər.
Belə ki, bu tankların hava giriş filtrləri hər 12 saatdan bir təmizlənməlidir, əks halda “Abrams”ın mühərriki və transmissiyası zədələnir.
Ukraynada baş verən müharibə şəraitində isə əsgərlərin tankların texniki baxışını mütəmadi olaraq yerinə yetirməməsi döyüş zamanı “Abrams”ların istifadəsini məhdudlaşdırır.
Bizim.Media