İsrail İspaniyanın Baz naziri Pedro Sançesin İspaniyanın dövlət televiziyasında ölkə əleyhinə səsləndirdiyi fikirlərə görə, Madriddəki səfirini geri çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen özünün “X” hesabında məlumat verib.
Kohen bildirib ki, İspaniya Baş nazirinin sözlərindən sonra İsrailin İspaniyadakı səfirinə zəng edib:
““Əsassız ittihamları təkrarlayan İspaniyanın baş nazirinin sözlərindən sonra mən oradakı səfirimizə zəng etdim və məsləhətləşmələr üçün Yerusəlimə qayıtmasını söylədim”.
Qeyd edək ki, Pedro Sançes açıqlamalarında Qəzzada baş verənləri qınayaraq İsrailin sistemli şəkildə Fələstin torpaqlarını işğal etdiyini bildirib.
Bizim.Media