Müharibə tanrısı, yoxsa SÜLH GÖYƏRÇİNİ? – Henri Kissincerlə bağlı MARAQLI FAKTLAR

Xəbər verdiyimiz kimi, müasir ABŞ diplomatiyasının qurucusu Henri Kissincer noyabrın 29-da 100 yaşında vəfat edib.

Bəs, Kissincer kim idi?

Kissincer 1923-cü ildə Almaniyada yəhudi ailəsində anadan olub. 1938-ci ildə onun ailəsi faşist təqibindən qaçaraq ABŞ-a sığınır. O, burada Corc Vaşinqton adına gimnaziyada təhsil alır. Gimnaziyanı bitirib, təhsilini Nyu-York Şəhər kollecində davam etdirir. Henri 1943-cü ildə ordu sıralarına çağrılır və İkinci Dünya Müharibəsində iştirak edir.

1947-ci ildə Harvard universitinə daxil olur. Universiteti bitirdikdən sonra Kissinger aspiranturaya daxil olur və “Bərpa olunmuş dünya nizamı - Kasri, Metternix və sülhün bərpası, 1812-1822-ci illər” adlı dissertasiyasını yazır. 1952-ci ildə Harvardda təhsil aldığı illərdə Henri Psixoloji-Strateji İdarə heyətinin sədrinin müşaviri vəzifəsində çalışır.
1955-ci ilin martında Kissincer Xarici Əlaqələr üzrə şuranın tədqiqat qrupunun tərkibinə daxil olur. Onun "Nüvə silahı və xarici siyasət" adlı monoqrafiyası istər ABŞ, istərsə də onun sərhədləri xaricində məşhurluq qazanır. Kissincerə görə, məhdud nüvə müharibəsi atom silahına, yaxud böyük hərbi və canlı qüvvəyə malik olan digər böyük dövlətlərə qarşı mübarizədə effektiv strategiya ola bilər.

Siyasi karyerasının başlanğıcı

1957-ci ilin yayında Kissincer Harvard universitetinə müəllim kimi qayıdır, 39 yaşında professor dərəcəsinə layiq görülür. H.Kissincer 1956-1958-ci illərdə “Rokfeller Qardaşları” fondunda beynəlxalq məsələlər üzrə əvəzçi müşavir, daha sonra ABŞ-nin əsas daxili və xarici siyasət məsələlərinə siyasi rəhbəliyi təkmilləşdirmək üçün yaradılmış xüsusi tədqiqat layihəsinin direktoru olur. Bu layihəyə rəhbərlik etməklə Kissincer böyük diplomatlar, dövlət xadimləri, alimləri və biznesmenlərlə tanış olmaq imkanı qazanır.

Daha sonra Kissincer milli təhlükəsizlik məsələləri üzrə Komissiyanın işində iştirak edir. 1961-ci ildə Kissincerin Amerikanın nüvə silahı arsenalını və məhdud müharibələr üçün adi silahlı qüvvələrin sayını artırmaqdan bəhs edən “Seçimin zəruriliyi: amerikan xarici siyasətinin perspektivləri” adlı kitabını yazır. 1965-ci ildə isə onun Atlantika İttifaqına yenidən baxılması haqqında yeni “Etibarsız ortaqlıq” adlı kitabı çıxır.

1968-ci il Kissincer nəhayət dövlət vəzifəsi tutur.

Yeni seçilmiş prezident Riçard Nikson hökumətində milli təhlükəsizlik məsələri üzrə müşavir vəzifəsində çalışır. Bu müstəvidə o, müxtəlif siyasi qərarların qəbulunda yaxından iştirak edir. Tezliklə o, ABŞ-nin xarici siyasi kursunda əsas söz sahibinə çevrilir. Vyetnam müharibəsinin başa çatdırılmasında, eləcə də ABŞ-SSRİ, ABŞ-Çin əlaqalərinin normallaşmasında mühüm rol oynayır.

1972-ci ildə Nikson Leonid Brejnevlə görüşmək üçün Moskvaya səfər edir. Bu səfər Nikson və Kissincerin birgə xarici siyasət "yaradıcılığı"nın kulminasiyası nöqtəsinə çevrilir. Danışıqların gedişində raket əleyhinə müdafiə sistemlərinin və strateji hücum silahlarının müvəqqəti məhdudlaşdırılması barədə razılıq, bəzi qeyri-hərbi sektorlarda Sovet-Amerikan əməkdaşlığına dair müqavilələr imzalanır ki, bu prosesdə də Kissincerin mühüm xidmətləri olur.

1972-ci ildə ABŞ-də keçirilən prezident seçkilərində Nikson yenidən qələbə qazanır və bir il sonra, 1973-cü ildə H. Kissincer ABŞ-nin Dövlət katibi vəzifəsini tutur.

Sülh, yoxsa müharibə elçisi?

1973-cü ilin yanvarında məhz Kissincerin təşəbbüsü ilə Vyetnamda sülhün bərpası haqqında müqavilə imzalanır. Buna görə də o “Nobel” sülh mükafatına layiq görülür.

Diplomatın bu mükafata layiq görülməsi dünya miqyasında geniş əks-səda doğurub. Çünki Kissincer Kambodcada yaşayış məntəqələrinin bombalanması, Cənubi Amerikadakı hakimiyyət çevrilişlərinin əsas memarı hesab olunurdu.

1974-cü ildə 4 dövlət – ABŞ, SSRİ, Fransa və İngiltərə arasında uzun sürən danışıqlar nəticəsində Qərbi Berlinin statusunu müəyyən edən müqavilə imzalanır. Onun rəhbərliyi ilə prezident üçün Helsinki danışıqlarının əsas istiqamətini müəyyən edən proqram işlənib hazırlanır.

D. Fordun prezidentliyi dövründə Kissincer Milli Təhlükəsizlik İşləri üzrə müşavir vəzifəsindən azad edilir. Corc Buş ABŞ prezidenti seçildikdən sonra Kissincer prezidentin Yaxın Şərq məsələləri üzrə qeyri-rəsmi məsləhəçisinə çevrilir.
İsrail-Fələstin problemi və İraqın işğalı prosesində C. Buş Kissincerin məsləhətlərindən əhəmiyyətli dərəcədə faydalanır. Həmçinin bu dövrdə Kissincerin diplomatik istedadı sayəsində ABŞ-nin Şərqi Avropadakı mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənir.

Məhz Kissincerin də səyləri ilə Prezident Corc Buş ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi 2002-ci ilin yanvarında dayandırılıb.

Nə sülh, nə müharibə ssenarisi

ABŞ-ın müasir tarixində mühüm rol oynayan bu şəxs Misirin İsraili tanımasını təmin edib. Kissincer bildirirdi ki, Ərəb-İsrail konfliktinin qısa müddət ərzində həlli ABŞ üçün əhəmiyyət daşımır. Kissincer hesab edir ki, nə sülh, nə müharibə vəziyyətini dəstəkləməklə ABŞ ərəb ölkələrinə ciddi təsir göstərə bilər.

Onun fikincə, belə siyasət yürütmənin nəticəsində ərəb ölkələri mübarizədən əl çəkərək SSRİ ilə münasibətləri korlayıb ABŞ və İsrailin qarşısında təslim olacaqlar. Misirin İsrailə qarşı çıxan ərəb ölkələri siyahısından çıxması da elə Kissincerin siyasi qabiliyyətinin məhsuludur.

Kissincerin 2014-cü ildə nəşr olunan “Dünya düzəni” kitabı bütün dünyada geniş əks-səda doğurub. Belə ki, əksər siyasi ekspertlər bu kitabı ABŞ xarici siyasətinin doktrinası, Kissinceri isə Ağ Ev diplomatiyasının rejissoru hesab edirlər. Kissincerin müsbət və ya mənfi obrazda qiymətləndirmək subyektiv yanaşma olardı. Ancaq bir məqam dəqiqdir ki, o, dünya tarixinin ən ziddiyyətli şəxslərindən biri olmağı bacardı.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Şüvəlanda dənizdə batan şəxsin meyiti tapıldı

Şüvəlanda dənizdə batan şəxsin meyiti tapıldı

Makron erası bitir: Marin Le Pen prezidentliyə namizəd olacaq - VİDEO

Makron erası bitir: Marin Le Pen prezidentliyə namizəd olacaq - VİDEO

DİQQƏT! Mingəçevir və Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Mingəçevir və Bakının iki rayonunda işıq olmayacaq

38 yaşlı kişi bıçaqlandı: Vəziyyəti ağırdır

38 yaşlı kişi bıçaqlandı: Vəziyyəti ağırdır

Gəncədə 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Gəncədə 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür etdi

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür etdi

Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"ni qəbul edir

Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"ni qəbul edir

Məşhur müğənni tək qalmaq üçün bir kəndi satın aldı

Məşhur müğənni tək qalmaq üçün bir kəndi satın aldı

Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?

Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

End of content

No more pages to load

RADİO