Fransa Ukrayna ilə 2024-cü ilə qədər “təhlükəsizlik zəmanəti” haqqında saziş bağlamaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejand məlumat verib.
Onun sözlərinə görə, saziş uzunmüddətli humanitar yardım, Ukraynanın yenidən qurulmasına dəstək və hərbi yardımın çərçivəsini müəyyən edəcək:
"Biz ilin sonuna qədər və ya gələn ilin əvvəlində Ukrayna hakimiyyəti ilə bu sazişi bağlamağa çalışırıq".

Bizim.Media