Litva hökuməti Rusiya Federasiyası ilə sərhədi bağlamağı planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyi bəyanat yayıb.
"Litva Finlandiyadan nümunə götürmək və Rusiya Federasiyası ilə sərhədi bağlamaq üçün heç bir səbəb görmür, miqrasiya ilə bağlı vəziyyət sakitdir", - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, noyabrın 18-də Finlandiya hökuməti ölkənin səkkiz sərhəd keçid məntəqəsindən dördünü dörd ay müddətinə bağlayıb: Vaalimaa, Nuijamaa, İmatra və Niirala.
Daha sonra Helsinki dekabrın 23-dək Rusiya ilə sərhəddə Raya-Jozeppi istisna olmaqla, daha üç keçid məntəqəsini də bağlamaq qərarına gəlib.
Bizim.Media