Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş katibi Antoniu Quttereşlə telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında Yaxın Şərqdəki son vəziyyət müzakirə olunub.
Həmçinin qeyd edilib ki, noyabrın 29-da keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında əsas mövzu Qəzzadakı vəziyyət olacaq.
Bizim.Media