Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova zəhərlənib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı kəşfiyyat mənbələrinə istinadən yazıb.
Qadına ağır metal zəhərlənməsi diaqnozu qoyulub.
Ukraynalı jurnalistlər qeyd edirlər ki, Budanovanın bədəninə daxil olan maddələr gündəlik həyatda və ya hərbi işlərdə istifadə olunmur.
Hazırda Marianna Budanova xəstəxanaya yerləşdirilib. O, artıq müalicə kursunu başa vurur və həkimlərin nəzarəti altında olacaq.
Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim.Media