"Qərb Ukrayna Silahlı Qüvvələrinə artilleriya üçün mərmilərin verilməsi məsələsində verdiyi vədlərə əməl etməyib və F-16-lar üçün pilotların hazırlığı yavaş templə davam edir".
Bizim.Media xəbər verir ki, bunu Çexiya prezidenti Piter Pavel İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
Pavelin sözlərinə görə, döyüş sursatının tədarükü Ukraynanın aktiv döyüş əməliyyatlarını davam etdirməsinə imkan verməyib.
O, qeyd edib ki, hətta Kiyevi dəstəkləyən ölkələrdə də qeyri-müəyyənlik artır.
Onun fikrincə, bu, ukraynalılar arasında məyusluğun artmasına səbəb olacaq və 2024-cü il daha çətin olacaq.
Bizim.Media