Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançes arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, tərəflər İsrail-Fələstin münaqişəsi, Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılması, daimi atəşkəs və sülh üçün atılacaq addımları müzakirə ediblər.
Ərdoğan Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi, ölkəsinin qarant kimi hər cür məsuliyyəti öz üzərinə götürməsi də daxil olmaqla İspaniya ilə birlikdə çalışmağa hazır olduğunu bildirib.
Bizim.Media