“Rusiya kiçik miqyaslı nüvə enerjisi sahəsində Türkiyə ilə əməkdaşlıq perspektivlərini görür”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında çıxışı zamanı deyib.
"Biz aşağı gücə malik nüvə stansiyaları sahəsində əməkdaşlığı davam etdirməyə hazırıq", - deyə Novak bildirib.
Nazirin sözlərinə görə, enerji ölkələr arasında qarşılıqlı əlaqənin əsas sahələrindən biridir və Rusiya Türkiyəni sabit enerji resursları axını ilə təmin edir.
Bizim.Media