ABŞ-dan Talibana TAPŞIRIQ – Əfqanıstan yeni savaşa SÜRÜKLƏNİR 

Deyəsən, yenidən Əfqanıstan ciddi daxili qarşıdurmalara meydan olacaq. Belə ki, noyabrın 23-də Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudun iştirakı ilə “Əfqanıstan keçmişlə gələcək arasında” Rusiyanın patronajlığı ilə keçirilən konfrans taliban hökumətinin kəskin narazılığına səbəb olub. 

Bu fonda da Talibanın sözçüsü Zabihullah Mücahid Rusiyaya etiraz edib.

Taliban əleyhinə olan görüşə cavab olaraq, Zabihullah Mücahid bildirib ki, "bu konfransın regional və qonşu ölkələr tərəfindən keçirilməsi əfqanlar arasında parçalanma yaratmaq kimi qiymətləndirilir".

O, daha sonra bəyan edib ki, bəzi ölkələr hərbi əməliyyatları canlandırmaq istəyir və Rusiya digər ölkələrin işlərinə qarışmamalıdır.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, ABŞ Əfqanıstanda mövqelərini itirməyə başlayıb ki, Rusiya da yaranmış vəziyyətdən istifadə etməyə çalışır:  

"Bu fonda Əfqanıstan yenidən kənar qüvvələrin də qarışdığı daxili qarşıdurma meydanına çevriləcək. ABŞ Əfqanıstandan çıxanda 85 milyardlıq silahı Talibana onunla İran və Rusiya arasında qarşıdurma yaratmaq üçün vermişdi. Amma Taliban İranla sərhəddə hücum əməliyyatı keçirsə də heç nə edə bilmədi. Vəziristan dövləti yarada bilmədilər. 

Taliban əslində Yaxın və Orta Şərqdə öz mövqeyini saxlamaq üçün ABŞ-ın yaratdığı və perspektivi olmayan siyasi layihədir. ABŞ-ın burada öz marağı var və onların Əfqanıstana, onun düşdüyü vəziyyətə zərrə qədər də olsa yazıqları gəlmir. 
Talibanın Əfqanıstanla bağlı keçirilən tədbirə etirazı təbii ki, Amerikadan alınan tapşırıqla bağlıdır. Belə vəziyyətdə Rusiyanın atdığı addımlar da başa düşüləndir. Çin də ona kömək edir. 
ABŞ dünyadakı mövqeyini tədricən itirmək üzrədir. Amerika iqtisadi tənəzzülə gedir, eyni zamanda hərbi təcavüzə meyl edir. Ona görə də ABŞ Əfqanıstanda mövqelərini verməyə başlayıb ki, Rusiya da bundan istifadə etməyə çalışır”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Yaponiyadakı zəlzələdə xəsarət alanlar var

Yaponiyadakı zəlzələdə xəsarət alanlar var

Gözlənilməz şans qazanacaq BÜRCLƏR: Pul və...

Gözlənilməz şans qazanacaq BÜRCLƏR: Pul və...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Metroda YENİLİK – “İçərişəhər”ə gedən qatar... – VİDEO

Metroda YENİLİK – “İçərişəhər”ə gedən qatar... – VİDEO

Bu ölkədə işçilərə ev heyvanı xəstələnsə, məzuniyyət verilir

Bu ölkədə işçilərə ev heyvanı xəstələnsə, məzuniyyət verilir

Əhaliyə XƏBƏRDARLIQ – Bu saatlarda evdən çölə çıxmayın!

Əhaliyə XƏBƏRDARLIQ – Bu saatlarda evdən çölə çıxmayın!

Bank borcunu ödəməyənlərə qarşı sərt qaydalar gəlir: NƏZARƏT dəyişir

Bank borcunu ödəməyənlərə qarşı sərt qaydalar gəlir: NƏZARƏT dəyişir

İllərdir doğru bilmişik - yanacaq qənaətində 5 böyük yalan

İllərdir doğru bilmişik - yanacaq qənaətində 5 böyük yalan

Gəncədə AİLƏ DRAMI – Ər arvadını baltaladı

Gəncədə AİLƏ DRAMI – Ər arvadını baltaladı

"Gəlinin anası toyda məni DÖYMƏK İSTƏYİB"

"Gəlinin anası toyda məni DÖYMƏK İSTƏYİB"

“Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək” – VİDEO

“Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək” – VİDEO

Qapının ağzına bir ovuc darçın səpin: O problemdən sonsuzadək qurtulun

Qapının ağzına bir ovuc darçın səpin: O problemdən sonsuzadək qurtulun

Tramp: “Hörmüzün blokadası yalnız bu halda aradan qaldırılacaq” – FOTO

Tramp: “Hörmüzün blokadası yalnız bu halda aradan qaldırılacaq” – FOTO

Bakının bu ərazilərində evlər UCUZLAŞDI

Bakının bu ərazilərində evlər UCUZLAŞDI

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

BİZİM TƏQVİM:21 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:21 apreldə baş vermiş tarixi hadisələr

Çayını və yeməyini isti yeyib-içənlərin DİQQƏTİNƏ

Çayını və yeməyini isti yeyib-içənlərin DİQQƏTİNƏ

BU ÖLKƏDƏ məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

BU ÖLKƏDƏ məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

Diş müayinəsi həyatı bahasına başa gəldi: Komaya düşdü, əzalarını itirdi – FOTO

Diş müayinəsi həyatı bahasına başa gəldi: Komaya düşdü, əzalarını itirdi – FOTO

"Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır"

"Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır"

Azərbaycanda III ixtisas qrupu LƏĞV OLUNUR?

Azərbaycanda III ixtisas qrupu LƏĞV OLUNUR?

İmtahanlar başladı: Övladlarımızı STRESDƏN necə qoruyaq? - VİDEO

İmtahanlar başladı: Övladlarımızı STRESDƏN necə qoruyaq? - VİDEO

Evində tonlarla qızıl tapılan mer edam ediləcək

Evində tonlarla qızıl tapılan mer edam ediləcək

End of content

No more pages to load

RADİO