7 aydır “qoçuluq” edən şirkətə havadarlıq edənlər kimlərdir? – ŞİKAYƏT +VİDEO

Nərimanov rayon sakini Gülyaz Mehdiyeva “Qaranti İnşaat-2012” MMC-yə məxsus qülləli kranın yaşadığı binanın üzərinə aşması nəticəsində mənzilinə ciddi ziyan dəydiyindən şikayətçidir.

7 aydır üz tutduğu instansiyalardan əliboş qayıdan və dövlət qurumlarının əlində girinc qalan şikayətçi məsələnin ictimailəşdirilməsi üçün Bizim.Media-ya müraciət edib. 

Xatırladaq ki, ötən ilin sentyabrında Nərimanov rayonu M.Sənani və Xan Şuşinski küçələrinin kəsişməsində yerləşən “Qaranti İnşaat-2012” MMC-nin sifarişi ilə inşa olunan çoxmərtəbəli yaşayış binasının A və B bloklarının tikintisi üçün quraşdırılmış  qülləli kran aşıb.
 

Nəticədə 1 nəfər dünyasını dəyişib, binanın yaxınlığında istismarda olan 9 mərtəbəli binaya və küçədəki 6 avtomobilə ciddi ziyan dəyib. Nəticədə binanın 2-ci blokunun sonuncu mərtəbəsinin 5 mənzili, pilləkan qəfəsəsinin dam örtük panelləri dağılıb.

 
Dağılan mənzillərdən birinin sahibi, Nərimanov rayonu Azadlıq pr. 127/131 99 saylı mənzildə yaşayan Gülyaz Mehdiyevanın sözlərinə görə “Qaranti İnşaat-2012” adlı məsuliyyətsiz tikinti şirkətinin qülləli ağır tonnajlı kranı 4 otaqlı mənzilini darmadağın edib:

“50 illik zəhmətlə, qaçqınlıq (Ermənistan, 1988) və əlilliklə (mən, ərim və oğlum, hər birimiz 2-ci qrup) qəpik-qəpik qazanıb aldığımız Bakı şəhərindəki tək və yeganə əmlakımız başımıza uçub. İndi də haqqımız yeyilir, hüquqlarımız tapdalanır. 7 aydır başımıza elə oyunlar açılır ki, nə edəcəyimizi bilmirik.

Əvvəlcə onu deyim ki, şirkət faciəvi şəkildə “öldürdüyü” vətəndaşın qanını ənənəvi yollarla “batırmaq” üzrədir.

İndi də, məhv etdikləri əmlakımızı eyni yollarla “batırmağı” hədəfləyiblər. Tək mənim deyil, eynilə 4 mənzilə ümumilikdə ziyan dəyib. Qonşularım da ayrı-ayrılıqda “Qaranti İnşaat-2012”-dən şikayətçidir. Ciddi ziyan dəyən 2 mənzildən biri mənimdir. Fövqaladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi evimi ən çox ziyan vurulmuş mənzil kimi rəsmi aktlarında təsdiqləyib. Eyni mənzilə əmlak ekspertləri və qiymətləndirmə şirkətləri dəvət edilib.
 

Onlar da mənzilin istismara tam yararsız olduğu haqda rəy veriblər. Mənzilimin dağıntıdan əvvəlki qiyməti 198.000 (yüz doxsan səkkiz min) manat olaraq müəyyən edilib”. 


Şikayətçi qeyd edib ki, hadisədən sonra, “Qaranti İnşaat-2012” tərəfindən ən çox ziyan dəyən qonşusu və onun mənzilində bəzi bərpa-gücləndirmə işləri aparılıb.

Təmir işləri “yola verildiyindən” qəzalı və təhlükəli vəziyyət aradan qaldırılmayıb:

“Təmir işləri həddindən artıq primitiv şəkildə aparılıb. Sadəcə üzdən “asvijit” olunaraq “yola verilib”. Mənzildə yaşamaq qeyri-mümkündür. Zədələnən divar və panellər içərisində, dəmir-beton sütunun çatladığı, hər an tavanın düşəcəyi evdə sizcə yaşamaq olar? Maraqlıdır ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də qeyd olunan şirkətin mənzildə apardığı təmir işlərinin normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilmədiyi barədə rəy verib.

Rəydə görülən işlərin effektsiz və keyfiyyətsiz aparıldığı, təhlükəli vəziyyətin aradan qaldırılmadığı bildirilib. Nazirlik təmir işlərini normativ sənədlərin tələblərini tam ödəmədiyinə görə qənaətbəxş saymayıb. Amma bundan nəticə çıxaran varmı?”

Gülyaz Mehdiyeva FHN-nin məlum rəyinə əhəmiyyət verməyən “Qaranti İnşaat-2012” MMC-nin əməlli-başlı “qoçuluq” etdiyini vurğulayıb.
 

“Bu şirkət kimə arxayındır, bilmirəm. Qanunsuz işlərini və biz sakinlərin haqqını tapdalamaqla məşğuldur. 7 aydır müraciət etdiyim dövlət qurumları da bu olanlara susqunluq nümayiş etdirir.


Nə bu müsibəti başımıza gətirən “Qaranti İnşaat-2012” MMC dağıtdığı mənzilimin əvəzini verir, nə də şirkətin qanuna və insanlığa zidd əməllərinə hüquqi çərçivədə baxılır. Çox güman ki, şirkətə “krışalıq” edənlər var. “Krışa”sı o qədər güclüdür ki, nə vətəndaş fırlayır, nə dəymiş ziyan... Elə bu səbəbdəndir ki, havadarlarına arxayın olan şirkət nə dövlətdən qorxur, nə də qanundan...Haqsızlıq səbəbindən problem həllini tapmır.

Nə mənzilin real dəyərini, nə də əvəzini verirlər. Kirayədə qaldığım mənzildən də çıxarmaq istəyirlər. Hansı ki, bu mənzil elə o şirkətin özünə məxsusdur. Guya bizə kirayə ödəyirləşmiş kimi aparıb bu mənzillərə yerləşdiriblər. İndi də oradan çıxarmaq üçün basqı edirlər”. 
 

Şirkət rəhbərliyinin ölən vətəndaş və dağıtdığı evlərlə bağlı məsuliyyətdən qurtulması üçün düşünülmüş optimal yol seçdiyini deyən şikayətçi xanım hadisənin günahkarı kimi “Kran-Group” adlı qondarma şirkətdən də söz açıb.


O, deyib ki, “Qaranti İnşaat-2012” MMC bütün bu məsuliyyəti boyunlarından atmaq üçün qondarma bir şirkəti üzə çıxarıb:

“Hansı ki, “Kran-Group” şirkəti də sıravi bir işçini günahkar göstərərək ölüm hadisəsinə görə məsuliyyəti onun  üzərinə qoyub. Hətta şirkət həmin sıravi işçini “formal” olaraq cəza çəkməyə də “razı salıb”. Cinayət məsuliyyəti yaradan hallardan qaçmaq üçün şirkət sahibləri (Xudu, Vəli, Əmiraslan, Qoşqar və Əkrəm) müxtəlif yollarla məsuliyyətlərini “sıfırlayıblar”. Mənzilimizin əvəzinin, ya da real bazar dəyərinin verilməsini tələb etsək də “Qaranti İnşaat-2012 hadisə ilə “qətiyyən əlaqələri olmadığını” iddia edir.

“Qaranti İnşaat-2012” şirkəti dolayı yolla Kran -Group MMC vasitəsilə ən ucuz, keyfiyyətsiz və məsuliyyətsiz üsullarla (heç bir əsaslı konstruktiv-mühəndis işləri görmədən) mənzilimi “kosmetik” təmir etmək istəyirlər.

Şirkət artıq 100 saylı mənzillə bağlı belə bir qanunsuz və “uğursuz” cəhd edib. Dağıtdığı 100 saylı, yəni qonşumun Rusiyada yaşadığından və COVİD-19 səbəbilə Bakıya qayıda bilmədiyindən sui-istifadə edərək, razılıqları olmadan mənzilinə soxulublar. Bərbad və üzdəniraq“bərpa-gücləndirmə” işləri aparıblar. Bu biabırçılıq, özbaşınalıq və haqsızlıqla bağlı qonşum Rahil Əfəndiyev də ölkə prezidentinə, dövlət qurumlarına, hətta Rusiyanın ölkəmizdəki Səfirliyinə şikayət edib imdad diləyir”. 

7 aydır oliqarx-məmur şəbəkəsi əlində oyuncağa çevrildiyindən və süründürməçiliyə məruz qaldığından gileylənən Gülyaz Mehdiyeva probleminin həll olunması ilə bağlı sonadək mübarizə aparacağını əlavə edib.

Mövzunu davam etdirəcəyik...

Alçina Amilqızı, Bizim.Media





























 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya “Oreşnik”ləri Belarusda – Avropa şəhərlərinə neçə dəqiqəyə ÇATACAQ? – SİYAHI

Rusiya “Oreşnik”ləri Belarusda – Avropa şəhərlərinə neçə dəqiqəyə ÇATACAQ? – SİYAHI

ŞAD XƏBƏR! Pensiya və müavinətlər bu qədər ARTIRILACAQ

ŞAD XƏBƏR! Pensiya və müavinətlər bu qədər ARTIRILACAQ

“Röyanın oğlu İngiltərədə universitetə daxil olub” - Video

“Röyanın oğlu İngiltərədə universitetə daxil olub” - Video

Tərk edilmiş lüks avtomobil salonu TAPILDI: nadir modellər heyrət doğurdu - FOTOLAR

Tərk edilmiş lüks avtomobil salonu TAPILDI: nadir modellər heyrət doğurdu - FOTOLAR

Köhnə binalarda yaşayanların NƏZƏRİNƏ – “Ev pulu” ARTIRILIR?

Köhnə binalarda yaşayanların NƏZƏRİNƏ – “Ev pulu” ARTIRILIR?

Hərbi xidmətə yararsız şəxslərin nəzərinə

Hərbi xidmətə yararsız şəxslərin nəzərinə

Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı

Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı

BİZİM TƏQVİM:19 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 dekabrda baş vermiş tarixi hadisələr

Stankoviç məşqçilik karyerasına GERİ DÖNDÜ

Stankoviç məşqçilik karyerasına GERİ DÖNDÜ

Vəzifəli şəxs vəfat etdi

Vəzifəli şəxs vəfat etdi

Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edildi - FOTO

Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edildi - FOTO

"Fənərbağça"dan Con Durana XƏBƏRDARLIQ

"Fənərbağça"dan Con Durana XƏBƏRDARLIQ

Kərə yağı və pendirin orqanizmə təsiri ilə bağlı sensasion AÇIQLAMA

Kərə yağı və pendirin orqanizmə təsiri ilə bağlı sensasion AÇIQLAMA

Tiaqo Silva klubundan AYRILDI

Tiaqo Silva klubundan AYRILDI

Bakıda çarəsiz qalan turistlər sığınacağa YERLƏŞDİRİLDİLƏR

Bakıda çarəsiz qalan turistlər sığınacağa YERLƏŞDİRİLDİLƏR

Vilayət Eyvazov yenidən federasiya prezidenti seçildi - FOTO

Vilayət Eyvazov yenidən federasiya prezidenti seçildi - FOTO

“Qarabağ”ın heyətində CİDDİ İTKİ

“Qarabağ”ın heyətində CİDDİ İTKİ

Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından YOLA SALINDI

Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından YOLA SALINDI

Aygün Kazımova ilə Samir Bağırov illər sonra bir araya gəldi - VİDEO

Aygün Kazımova ilə Samir Bağırov illər sonra bir araya gəldi - VİDEO

Kətan yağının sağlamlığa faydaları və düzgün istifadə qaydası - Kimlərə OLMAZ

Kətan yağının sağlamlığa faydaları və düzgün istifadə qaydası - Kimlərə OLMAZ

18 yaşlı gənc qonşusunu öldürdü, arvadını və oğlunu yaraladı - HÖKM OXUNDU

18 yaşlı gənc qonşusunu öldürdü, arvadını və oğlunu yaraladı - HÖKM OXUNDU

“Mançester Yunayted” türkiyəli ulduz üçün 100 milyon TƏKLİF EDİR

“Mançester Yunayted” türkiyəli ulduz üçün 100 milyon TƏKLİF EDİR

Binə qəsəbəsində yolsuzluq PROBLEMİ - VİDEO

Binə qəsəbəsində yolsuzluq PROBLEMİ - VİDEO

Təranə iddiaları YALANLADI: “Qızım nişanlı deyil” - VİDEO

Təranə iddiaları YALANLADI: “Qızım nişanlı deyil” - VİDEO

End of content

No more pages to load

RADİO