Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə StopFake.kz ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Ermənistanda Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən bu ölkədən silah və hərbi texnikanın ixracına qadağa qoyub”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə və internet saytlarında Qazaxıstanın Ermənistana guya hərbi texnika tədarük etməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, “kz-expert.info” nəşri ilkin mənbəyə istinad etmədən yazıb ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Papikyan çıxışında İrəvanın Qazaxıstanı potensial hərbi təchizatçı hesab etdiyini bildirib.
Bizim.Media