Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulun 12 səmtinə edilən basqınlarda İŞİD terror təşkilatının elektron variantda olan sənədlərini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu məlumatı Anadolu agentliyi yayıb. Mənbə yazır ki, əməliyyatlarda 12 terrorçu saxlanılıb.
Qeyd edək ki, Türkiyə 2013-cü ildə İŞİD-i terror təşkilatı elan edən ilk ölkələrdən biri olub.
O vaxtdan bəri bu ölkə terror quruplaşmasının dəfələrlə hücumuna məruz qalıb, 300-dən çox insan ölüb, yüzlərlə insan yaralanıb.
Rəsmi Ankara isə daimi olaraq hücumların qarşısını almaq üçün ölkədə və xaricdə antiterror əməliyyatları keçirir.
Xəyalə Həsənova, Bizim.Media