“1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır. Bununla bağlı əlimizdən gələni edəcəyik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfəri çərçivəsində həmkarı Abdülməcid Təbbunla görüşündən sonra mediaya açıqlamasında deyib.
Ərdoğan qeyd edib ki, Fələstin məsələsi ədalətli siyasi həll yoluna qovuşmasa regionumuzda daimi sülh və sabitliyin təminatı mümkün deyil:
“Ümid edirik ki, tez bir zamanda girovların mübadiləsi ilə bağlı müsbət nəticəni görəcəyik”.
Bizim.Media